logo

Dünya çempionatı 1/2 final: Azərbaycan Qazaxıstana qarşı

09:46 03-11-2023 | icon 3696
Dünya çempionatı 1/2 final: Azərbaycan Qazaxıstana qarşı

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxacaq.

YeniAvropa xəbər verir ki, yığma finalda gedən yolda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək. Ras Əl-Xayma şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı hər üç oyununu qələbə ilə başa vuraraq, pley-offa maksimum nəticə ilə vəsiqə əldə edib. Yığma komanda 1/8 finalda isə Portuqaliyanı 3:0, 1/4 finalda isə Bolqarıstanı 3:1 məğlub edərək yarımfinala yüksəlib.