logo

Dünya çempionatı: Azərbaycanın minifutbol yığması 1/4 finalda

20:22 01-11-2023 | icon 2240
Dünya çempionatı: Azərbaycanın minifutbol yığması 1/4 finalda

Minifutbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan dünya çempionatında bu gün növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir ki, yığma 1/8 finalda Portuqaliya seçməsi ilə üz-üzə gəlib. Görüş Azərbaycanın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın heyətində Mirmehdi Rzayev, Elvin Əlizadə və Rəvan Kərimov fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisinin ¼ finaldakı rəqibi Bolqarıstan-İngiltərə cütlüyünün qalibi olacaq.