logo

Emin Əmrullayev xaricdə 130 min dollara təhsil alıb

13:31 01-11-2023 | icon 6412
Emin Əmrullayev xaricdə 130 min dollara təhsil alıb

Xaricdə təhsil üçün bəzən bir vətəndaşımıza 100 min dollar sərf olunur. Məsələn, mən hesablamışdım, mənim xaricdə təhsilimə 130 min dollar sərmayə qoyulmuşdu.

YeniAvropa xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, əgər həmin sərmayə olmasaydı, o xaricdə təhsil ala bilməzmiş: "Mövcud resursları düzgün və optimal paylamalıyıq”.

Emin Əmrullayev daha sonra deyib ki, ölkəmizdə ali təhsil sistemində universitetlər vətəndaşların maddi gücünə uyğun ixtisas verməyə çalışır. Məsələn, vətəndaşın 1500 manat ödənişə gücü çatırsa, ona kompüter mühəndisi olmağı təklif edir. Dünyada mühəndis hazırlamaq üçün bir nəfərə nə qədər vəsait ayrılır? Əgər biz buna diplom ticarəti kimi baxırıqsa, adı başqa şeydir.

Nazir bildirib ki, ölkəmizdə təhsil almaq istəyənlərin sayı ən az 3 dəfə artıb: “1500 manata kompüter mühəndisi oxumaq oxumamaqdan daha yaxşıdır".