logo

Azərbaycan İstanbulda Uluslararası Şeir Festivalında təmsil olunub

14:24 31-10-2023 | icon 7161
Azərbaycan İstanbulda Uluslararası Şeir Festivalında təmsil olunub

Türkiyədə X Uluslararası İstanbulensis Şeir Festivalı keçirilib. Qardaş ölkədə keçirilən bu poeziya bayramında ölkəmizi tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir təmsil edib.

DGTYB-dən YeniAvropa-ya bildirilib ki, festival Türkiyənin İstanbul şəhərində Sultanbəyli bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib.

Festivalın açılış tədbirində Sultanbəyli bələdiyyəsinin sədri Hüseyn Kəskin iştirakçıları salamlayaraq festivalın əhəmiyyətindən danışıb. O, mədəniyyət sahəsində görülən fəaliyyətlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Festival çərçivəsində müxtəlif liseylərdə məktəblilərlə şairlərin görüşləri təşkil olunub. Onlar şagirdlər üçün öz şeirlərini oxuyub və şagirdlərin ədəbiyyatla bağlı suallarını cavablandırıblar. Rəsmiyyə Sabir də məktəblilərə Azərbaycan şairləri, müxtəlif ədəbi birliklər, ölkəmizdə nəşr olunan ədəbi dərgilər haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, bu il festivalda Azərbaycan, Türkiyə, Tunis, İran, Suriya, Fələstin, Seneqal, Mavritaniya, İordaniya, Bosniya və Hersoqovina və başqa ölkələrdən şairlər iştirak ediblər.