logo

Messi 8-ci dəfə "Qızıl top"un qalibi oldu

09:01 31-10-2023 | icon 1652
Messi 8-ci dəfə "Qızıl top"un qalibi oldu

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

YeniAvropa xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

36 yaşlı forvarda mükafatı onun çıxış etdiyi klubun sahibi olan britaniyalı əfsanəvi futbolçu Devid Bekhem təqdim edib.

Erlinq Haaland “Qızıl top”un səsverməsində ikinci, Kilian Mbappe isə üçüncü yeri tutub.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.