logo

Putin Ərdoğana təbrik məktubu yazıb

10:40 29-10-2023 | icon 2877
Putin Ərdoğana təbrik məktubu yazıb

Rusiya-Türkiyə münasibətləri dostluq və mehriban qonşuluq ruhunda inkişaf edir.

YeniAvropa xəbər verir ki, bu fikir Rusiya prezidenti Vladimir Putinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda yer alıb.

V.Putin Türkiyə Cümhuriyyətinin son bir əsir ərzində iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər qazandığını, dünyada yüksək nüfuza malik olduğunu qeyd edib.

Məktubda Moskva və Ankaranın regional və qlobal gündəlikdə duran məsələlərin həllinə yönəlmiş səyləri uğurla əlaqələndirdiyi vurğulanıb.

V.Putin Rusiya və Türkiyənin bundan sonra da ikitərəfli əlaqələri davamlı şəkildə inkişaf etdirəcəyinə əminliyini ifadə edib.