logo

Astarada 40 yaşlı kişi qətlə yetirilib

09:49 29-10-2023 | icon 4081
Astarada 40 yaşlı kişi qətlə yetirilib

Oktyabrın 29-da saat 08 :30 radələrində Astara rayonu Pəlikəş kəndi ərazisində 1983-ci il təvəllüdlü Vahabov Burxan Ayətulla oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan YeniAvropa-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 2005-ci təvəllüdlü Əhmədov Pərviz Habil oğlu könüllü polisə təslim olub.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.