logo

Qazaxıstanda mədəndəki partlayışda 21 nəfər ölüb

11:11 28-10-2023 | icon 2268
Qazaxıstanda mədəndəki partlayışda 21 nəfər ölüb

Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib. Daha 23 şaxtaçını isə hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.

YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.