logo

Pakistanda yanacaq böhranı: 322 aviareys ləğv edilib

14:34 25-10-2023 | icon 1442
Pakistanda yanacaq böhranı: 322 aviareys ləğv edilib

“Pakistan International Airlines” son 10 gündə 322 daxili və beynəlxalq reysi ləğv edib.

YeniAvropa xəbər verir ki, aviadaşıyıcısının bu addımı Pakistan Dövlət Neft Kompaniyasının (PSO) yanacaq tədarükünə məhdudiyyətlər tətbiq etməsi, maliyyə böhranı və istismar problemləri ilə bağlıdır.

“Dawn” qəzetinin məlumatına görə, “Pakistan International Airlines” tarixinin ən böyük böhranını yaşayır və maliyyə problemləri səbəbindən bağlanmaq təhlükəsi ilə üz-üzədir. Aviakompaniyanın yanacaq tədarükçüsünə borcu 2,4 milyon dolları ötüb.

Hökumətin 2012-ci ildən bəri itkiləri 7,1 milyard dollara çatan “Pakistan International Airlines” kompaniyasının özəlləşdirməsi barədə qərarı fonunda aviadaşıyıcının problemləri daha da çoxalıb. Qərara əsasən, aviakompaniyanın əsas aktivləri, təyyarələri və hava limanlarında onların xidmət haqları satışa çıxarılacaq. Hazırda “Pakistan International Airlines” 34 təyyarəyə sahibdir.