logo

İran yeni atom elektrik stansiyasının inşasına başlayıb

12:12 25-10-2023 | icon 1225
İran yeni atom elektrik stansiyasının inşasına başlayıb

İran gücü 300 MVt olan “Harun” adlı yeni atom elektrik stansiyasının (AES) tikintisinə başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə IRNA agentliyi  İranın Atom Energetikası Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadla məlumat yayıb.

“Biz Qərbi Azərbaycan əyalətində radioaktiv materialların hasilatına azı 5 milyard dollar sərmayə yatırmağı planlaşdırırıq. Eyni zamanda, orada “Harun” adlı yeni atom elektrik stansiyasının inşasına başlamışıq. Onun gücü azı 300 MVt olacaq”, - deyə İranın Atom Energetikası Təşkilatının rəhbəri bildirib.

Məhəmməd Eslami bir müddət öncə demişdi ki, 2041-ci ilədək İranda beş AES tikiləcək.