logo

Moldovada Rusiyanın 22 telekanalına giriş bağlanıb

09:29 25-10-2023 | icon 1239
Moldovada Rusiyanın 22 telekanalına giriş bağlanıb

Moldovanın İnformasiya və Təhlükəsizlik Xidməti Rusiyanın 22 telekanalının ölkədəki internet səhifələrinə girişi bağlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Moldovanın kəşfiyyat xidməti məlumat yayıb.

Bloklananlar arasında “Rossiya 1”, “Rossiya 24”, “Birinci Kanal”, NTV, TVC, “Zvezda”, RT və s. var.

Bu günlərdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, Rusiya siyasi strateqləri ölkəni beynəlxalq aləmdə nüfuzdan salmağa və daxili siyasi ixtilafı qızışdırmağa yönəlmiş yeni dezinformasiya kampaniyası hazırlayıblar.