Gülnarə Xəlilovanın kolleksiyası İssık-Kulda nümayiş etdirilib
Qırğızıstanın İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərinin yaxınlığında yerləşən “Nomad” Mədəniyyət Mərkəzində III Dünya Köçəri Oyunlarına gələn modelyerlərin kolleksiyasından nümunələr nümayiş etdirilib və musiqi kollektivlərinin böyük konserti olub. Tədbirdə 30-dan çox ölkənin dizaynerləri milli və müasir geyimlərini, ifaçılar isə öz milli musiqilərini təqdim ediblər.
YeniAvropa xəbər verir ki, Beynəlxalq Etnomədəniyyət Festivalı çərçivəsində keçirilən tədbirdə Azərbaycanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə modelyer-dizayner Gülnarə Xəlilova, xalq artisti Samir Cəfərov, əməkdar artist Afaq Abbasova və gənc xanəndə Səbinə Ərəbli təmsil edib. İfaçılarımız Azərbaycan xalq və bəstəkar mahnılarını, romanslarını və təsniflərimizi səsləndiriblər. Onların çıxışları alqışlarla qarşılanıb.
Gülnarə Xəlilovanın 10 müasir geyimdən ibarət kolleksiyası iştirakçıların böyük marağına səbəb olub.
Xatırladaq ki, Gülnarə Xəlilova 2014-cü və 2015-ci illərdə Çin Xalq Respublikasının Urumçi şəhərində Moda Həftəsinin mükafatlarına layiq görülüb. Modelyer-dizaynerin kolleksiyası “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində Londonda nümayiş etdirilib. 2015-ci ilin iyulunda o, Rusiyanın İrkutsk şəhərində VI Beynəlxalq Etnik Kostyumu Festivalında milli geyim kolleksiyasından nümunələr təqdim edib. 2016-cı ilin noyabrında Rumıniyanın mədəniyyət mərkəzi olan Yassi şəhərində ənənəvi Moda Həftəsində “Xalçaların dili” geyim kolleksiyasını nümayiş etdirib və tədbirin mükafatına layiq görülüb. Gülnarə Xəlilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunan bir neçə kitabın, ali məktəblər üçün nəzərdə tutulan dərsliyin və kataloqların müəllifidir. O, 2005-ci ildən indiyədək Heydər Əliyev Fondunun və Azərbaycan Televiziyasının birgə layihələri əsasında keçirilən muğam müsabiqələrində aparıcıların milli geyimlərinin tərtibatını verib. 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir-Rusiya XİN
"EURO-2032" Türkiyə və İtaliyada keçirilə bilər
DYP hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
İstanbulda Qarabağla bağlı ABŞ-Avropa İttifaqı-Rusiya görüşü keçirilib
Rəsmi Bakı erməni separatçıların həbsinə dair Ermənistan XİN-nin etiraz bəyanatını qətiyyətlə pisləyir
Nobel mükafatına layiq görülən kimyaçı alimlərin adları açıqlanıb
Sabah Bakıda şimal küləyi əsəcək, yağış yağacaq, 23° isti olacaq
Cari ildə BTC ilə 1,1 milyon ton Qazaxıstan nefti nəql olunacaq
Daşaltıda 31 il sonra meyitinin qalıqları tapılan şəhid dəfn olunub
XİN Katrin Kolonnanın Azərbaycana qarşı iddialarını qətiyyətlə rədd edir
Azərbaycanda ilk dəfə Musiqi forumu keçiriləcək
Paytaxtda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb
Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN
Azərbaycan nefti 97,81 dollara satılır
Xoşbəxt Yusifzadə Fəxri xiyabanda dəfn olunacaq
Dünya çempionatı: Bu gün beş cüdoçumuz tatamiyə çıxacaq
Faktiki hava: Bəzi yerlərdə intensiv və güclü yağış yağıb
UEFA Çempionlar Liqası:Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək
Cəbrayıl rayonunun işğaldan azad edilməsindən üç il ötür
SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə vəfat edib
İmişlidə "Mercedes" traktorla toqquşub,1 nəfər ölüb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
ICESCO Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır
TV və Radio kanalları Qarabağda yayım üçün lisenziya alıb
İncəsənət ustalarımız Polşada Musiqi Festivalında iştirak ediblər