logo

Gəncədə mikroavtobus dərəyə aşıb: 8 nəfər yaralanıb

16:36 23-10-2023 | icon 4543
Gəncədə mikroavtobus dərəyə aşıb: 8 nəfər yaralanıb

Gəncədə mikroavtobus dərəyə aşıb.

YeniAvropa xəbər verir ki, hadisə şəhərin Xan bağı parkının yaxınlığında qeydə alınıb.

Hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. Qəza nəticəsində xəsarət alan 8 nəfər xəsərat alıb. Onlardan 5 nəfər Zülfüqar Məmmədov adına xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Xəstəxanaya yerləşdirilən 5 nəfərin kimliyi də məlum olub. Onlar 1972-ci il təvəllüdlü Səbinə Həsənova, 2006-cı il təvəllüdlü Gülçin Alıyeva, 1988-cil təvəllüdlü Gülay Verdiyeva, 1985-ci il təvəllüdlü Emin Hüseynov, 1988-ci il təvəllüdlü Elnarə Ələkbərova və 2007-ci il təvəllüdlü Gülay Hüseynovadır.