logo

EURO-2024: Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

22:21 13-10-2023 | icon 1414
EURO-2024: Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb

Futbol üzrə Azərbaycan milli komandası “EURO-2024”ün seçmə mərhələsində növbəti oyununu keçirib.

YeniAvropa xəbər verir ki, yığmamız F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olub. Tallindəki “Le Kok Arena”da oynanılan qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə ediblər.

Görüş Azərbaycan millisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 9-cu dəqiqədə Toral Bayramov açıb. İlk hissənin əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 4-də yüksəldən Azərbaycan yığması dördüncü pillədə qərarlaşıb. Bir xalı olan Estoniya millisi isə sonuncudur.

Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.