logo

Azərbaycan-Avstriya matçına görə “Gənclik” metrostansiyasının iş rejimi dəyişəcək

14:34 13-10-2023 | icon 1085
Azərbaycan-Avstriya matçına görə “Gənclik” metrostansiyasının iş rejimi dəyişəcək

Azərbaycanın millisinin "EURO-2024"ün seçmə mərhələsində Avstriya yığması ilə keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.