logo

Azərbaycan boksçusu Avropa Kubokunun finalına yüksəlib

13:31 13-10-2023 | icon 1071
Azərbaycan boksçusu Avropa Kubokunun finalına yüksəlib

Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunun finalına yüksəlib.

Federasiyanın mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, buna 63,5 kiloqram çəkidə mübarizə aparan Azərbaycan təmsilçisinin rəqibinin döyüşdən imtina etməsi səbəb olub. Ahmat Ştivi (İsrail) görüşə çıxmayacağından Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici görüşdə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu gün baş tutacaq yarımfinal görüşündə Azərbaycan millisinin daha 4 boksçusu döyüşəcək.