logo

Üç cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

12:53 13-10-2023 | icon 1078
Üç cüdoçumuz Avropa Kubokunda iştirak edəcək

İspaniyanın Malaqa şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, yarışa 35 ölkədən 378 idmançı qatılacaq.

Azərbaycanı turnirdə Ramilə Əliyeva (48 kiloqram), Nərgiz Hacıyeva ( 57 kiloqram) və Südabə Ağayeva (70 kiloqram) təmsil edəcəklər.

Cüdoçulara qadınlardan ibarət yığma komandanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qeyd edək ki, yarış 14 – 15 oktyabrda təşkil olunacaq.