logo

Azərbaycan millisi bu gün səfərdə Estoniya ilə qarşılaşacaq

10:10 13-10-2023 | icon 4172
Azərbaycan millisi bu gün səfərdə Estoniya ilə qarşılaşacaq

Gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının(EURO-2024) seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq. 

YeniAvropa xəbər verir ki, yığmamız F qrupundakı beşinci matçında Estoniya seçməsinin qonağı olacaq. Tallindəki “Le Kok Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

Komandaların Bakıdakı ilk görüşündə qalib müəyyənləşməmişdi – 1:1.

Qeyd edək ki, qrupun digər matçında Belçika millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.

AVRO-2024, seçmə mərhələ

VII tur

20:00. Estoniya - Azərbaycan

Baş hakim: Robert Şröder

Tallin. "Le Kok Arena".