logo

EURO-2024: Türkiyə qrup liderliyinə yüksəlib

10:01 13-10-2023 | icon 1771
EURO-2024: Türkiyə qrup liderliyinə yüksəlib

Gələn il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının(EURO-2024) seçmə mərhələsində VII turun matçlarına start verilib.

YeniAvropa xəbər verir ki, ilk oyun günündə səkkiz qarşılaşma keçirilib.

A qrupunda Şotlandiya millisi səfərdə İspaniyaya, Kipr seçməsi evdə Norveçə uduzub.

D qrupunda Latviya Ermənistanı, Türkiyə seçməsi Xorvatiyanı məğlub edib.

Yeri gəlmişkən, “ay-ulduzlular” yeni baş məşqçi Vinçentso Montellonun rəhbərliyi altında ilk matçını səfərdə qələbə ilə başa vurub.. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Barış Alper Yılmaz vurub.

E qrupunda Albaniya Çexiyanı darmadağın edib. Polşa isə səfərdə Farer adalarından üstün olub.

Nəhayət, İ qrupunda Kosovo Andorranın qapısından 3 cavabsız top keçirib. Rumıniya isə Belarusun müqavimətini qıra bilməyib. Bu qrupun İsrail – İsveçrə oyunu hərbi vəziyyətlə əlaqədar təxirə salınıb.

AVRO-2024-ün seçmə mərhələsi

VII tur

12 oktyabr

A qrupu

22:45. Kipr – Norveç - 0:4

22:45. İspaniya – Şotlandiya - 2:0

Xal durumu: Şotlandiya – 15 xal (6 oyun), İspaniya – 12 (5), Norveç – 10 (6), Gürcüstan – 4 (5), Kipr – 0 (6)

D qrupu

20:00. Latviya – Ermənistan - 2:0

22:45. Xorvatiya – Türkiyə - 0:1

Xal durumu: Türkiyə - 13 (6), Xorvatiya – 10 (5), Ermənistan – 7 (6), Uels – 7 (5), Latviya – 3 (6)

E qrupu

22:45. Albaniya – Çexiya - 3:0

22:45. Farer adaları – Polşa - 0:2

Xal durumu: Albaniya – 13 (6), Polşa - 9 (6), Çexiya – 8 (5), Moldova – 8 (5), Farer adaları – 1 (6)

İ qrupu

22:45. Andorra – Kosovo - 0:2

22:45. Belarus – Rumıniya - 0:0

Xal durumu: İsveçrə - 14 (6), Rumıniya – 13 (7), İsrail – 11 (6), Kosovo – 7 (7), Belarus – 5 (7), Andorra – 2 (7)