logo

 Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü dayandırılıb

19:49 12-10-2023 | icon 4046
 Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü dayandırılıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) bu təşkilatda üzvlüyünü dayandırıb.

YeniAvropa xəbər verir ki, bu barədə BOK-un rəsmi nümayəndəsi Mark Adams jurnalistlərə məlumat verib.

O bildirib ki, səbəb Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun olimpiya şuralarının ROK-a daxil edilməsidir.

BOK-un İcraiyyə Komitəsi vəziyyətin dəyişməsindən asılı olaraq gələcəkdə hər hansı qərar qəbul etmək hüququnu özündə saxlayıb.