logo

EURO-2024: İsrail millisinin daha bir oyunu təxirə salınıb

13:31 12-10-2023 | icon 1680
EURO-2024: İsrail millisinin daha bir oyunu təxirə salınıb

"EURO-2024"ün seçmə mərhələsinin İ qrupunun Kosovo - İsrail oyunu təxirə salınıb.

YeniAvropa UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna Fələstin və İsrail ərazilərində davam edən münaqişə səbəb olub.

Oktyabrın 15-də keçirilməsi planlaşdırılan matçın yeni tarixinin yaxın vaxtlarda açıqlanacağı bildirilib.

Qeyd edək ki, daha əvvəl seçmə mərhələnin İsrail – İsveçrə oyunu eyni səbəbdən təxirə salınıb.