logo

“Trabzonspor” qovduğu baş məşqçisinə təzminat ödəyəcək

13:03 12-10-2023 | icon 1099
“Trabzonspor” qovduğu baş məşqçisinə təzminat ödəyəcək

Türkiyənin “Trabzonspor” komandası baş məşqçisi Nenad Byelitsa ilə yollarını ayırıb.

YeniAvropa klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Sözləşməyə vaxtından əvvəl xitam verildiyi üçün Qara dəniz təmsilçisi Byelitsaya təzminat ödəyəcək. Məbləğ ilin sonuna kimi baş məşqçinin hesabına köçürüləcək.

Qeyd edək ki, Nenad Byelitsanın “Trabzonspor”la 2025-ci ilin yayına kimi müqaviləsi var idi.