logo

“Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək

11:22 12-10-2023 | icon 868
“Koreya səfiri kuboku”nda 150-dək taekvondoçu iştirak edəcək

Azərbaycan Taekvondo Federasiyasının (ATF) və Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.

Federasiyadan YeniAvropa-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.

2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kiloqram, 55 kiloqram, 63 kiloqram, 73 kiloqram, +73 kiloqram, qızlar isə 44 kiloqram, 49 kiloqram, 55 kiloqram, 63 kiloqram və +63 kiloqram çəki dərəcələrində qalibi müəyyənləşdirəcəklər.

Mükafatçılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, “Koreya səfiri kuboku” oktyabrın 13-də baş tutacaq.