logo

Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli olub

12:52 05-10-2023 | icon 5677
Ədəbiyyat üzrə Nobel mükafatçısı bəlli olub

2023-cü il üzrə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülən yazıçının adı açıqlanıb.

YeniAvropa xəbər verir ki,  Nobel Komitəsi oktyabrın 5-də Norveç dramaturqu Yun Fossenin ədəbiyyat sahəsində Nobel mükafatına layiq görüldüyünü elan edib. Qərarın əsaslandırıcı hissəsində deyilir ki, yazıçı “anlaşılmaz olanı ifadə etməyə imkan verən yenilikçi pyesləri və nəsrinə görə” bu mükafata layiq görülüb.