logo

Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN

11:11 04-10-2023 | icon 2359
Ermənistanda ictimai rəy nəzərə alınmır-Rusiya XİN

Ermənistanda qərarların qəbulu prosesində ictimai rəy nəzərə alınmır.

YeniAvropa xəbər verir ki, bu fikri "Sputnik" radiosuna müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova səsləndirib.

"Təkcə bu gün üçün deyil, millətin tarixini dəyişən, ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Ermənistan hakimiyyəti ictimai rəyə arxalanmadan, plebisitin nəticələrinə əsaslanmadan bu qərarları verirlər", - deyə Mariya Zaxarova bildirib.

O, əlavə edib ki, Ermənistanda hökumət rəsmilərinin son hərəkətləri seçkilərdən əvvəl verdikləri vədlərə ziddir.