logo

UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib

11:55 02-10-2023 | icon 1603
UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

YeniAvropa  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı Regional Futbol Məktəbinin koordinatoru, veteran futbolçu Vəli Qasımov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı birlikdə təqdim ediblər.