logo

Bakıda Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən sərgi açılacaq

15:30 29-09-2023 | icon 5040
Bakıda Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən sərgi açılacaq

Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə- Azərbaycan qardaşlığı: Anadoludan Əsintilər” adlı sərgi açılacaq.

YeniAvropa xəbər verir ki,  Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil edəcəyi sərgi Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyinə həsr olunacaq.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakıdan 19 rəssamın 40-dək əsərləri nümayiş etdirilməsi planlaşdırılır.

Vernisajda təqdim ediləcək dəyərli sənət inciləri arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin kimi önəmli sənətkarların əsərləri yer alacaq.

Həmçinin, tədbir çərçivəsində “SAKÜDER-2023” fəxri mükafatların təqdim edilməsi də planlaşdırılır.

Sərgi oktyabrın 20-dək davam edəcək.