logo

Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib

18:48 27-09-2023 | icon 1974
Latviya və Polşa Rusiya milliləri ilə oyunları boykot edib

Latviya Futbol Federasiyası və Polşa Futbol İttifaqı UEFA-nın bayrağı altında keçirilən gənclərin turnirlərində Rusiya yığması ilə oyunlarda komandalarını meydana çıxarmayacaq.

YeniAvropa xəbər verir ki, bu barədə hər iki qurumun mətbuat xidməti məlumat yayıb.

Latviya tərəfi görüşün keçirildiyi yerdən və rusiyalı oyunçuların təqdimat formasından asılı olmayaraq, həmin qarşılaşmada iştirak etməyəcəklərini bəyan edib.

Polşa isə UEFA İcraiyyə Komitəsinin dünənki bəyanatından təəccübləndiyini və bu rəqiblə oynamayacaqlarını bildirib.

Daha əvvəl İngiltərə və Ukrayna da eyni addımı atmışdı.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi Rusiyanın 17 yaşadək komandalarının turnirlərə qatılmasına icazə verib. Həmin matçlar başqa ölkədə Rusiyanın bayrağı, himni və milli oyun forması olmadan təşkil edilməlidir.