logo

AQTA Tovuzda nöqsanlı  çörək sexini bağlatdırdı 

15:55 25-09-2023 | icon 1190
AQTA Tovuzda nöqsanlı  çörək sexini bağlatdırdı 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları Tovuz rayonunun Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən çörək istehsalı müəssisəsində yoxlama aparıb.

YeniAvropa xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Yoxlama zamanı kənddə fiziki şəxs Hüseynov Arif Müsəllim oğluna məxsus müəssisədə qida təhlükəsizliyinə dair normativ-hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperatur rejiminə və saxlanma şəraitinə əməl edilmədiyi və digər nöqsanlar müəyyən olunub. Eyni zamanda istehsal edilən çörəyin qablaşdırılmasında onun çəkisi, tərkibi, enerji və qida dəyəri, istehsalçı adı, ünvanı, istehsal tarixi və istifadə müddəti barədə məlumatların qeyd edilmədiyi aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.