logo

Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

22:52 24-09-2023 | icon 1890
Azərbaycan para-atleti dünya çempionatında qızıl medal qazanıb

Azərbaycanın güllə atıcısı Kamran Zeynalov Perunun paytaxtı Limada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

YeniAvropa xəbər verir ki, para-atlet 50 metrə məsafəyə atışda 220,5 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdmançı bu nəticə ilƏ "Paris-2024" XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.