logo

Bakı "Böyük Dəbilqə"si: İki cüdoçumuz yarımfinala çıxıb

14:54 22-09-2023 | icon 2142
Bakı "Böyük Dəbilqə"si: İki cüdoçumuz yarımfinala çıxıb

Bakıda keşirilən Böyük Dəbilqə turniri davam edir.

YeniAvropa xəbər verir ki, turnirdə Azərbaycanın iki cüdoçusu yarımfinala yüksəlib. Bu missiyanı kişilərin yarışında Yaşar Nəcəfov, qadınların mübarizəsində isə Leyla Əliyeva yerinə yetirib.

Yarışa 1/32 final mərhələsindən başlayan idmançılardan Yaşar Nəcəfov (66 kq) dörd rəqibini üstələyıb. O, finala gedən yolda Rumıniya təmsilçisi Denis Vierunu sınağa çəkəcək.

Qadın cüdoçu Leyla Əliyeva (48 kq) isə turnirdə mübarizəyə 1/16 finaldan qoşulub. O, yarımfinalda serbiyalı Milika Nikoliçlə mübarizə aparacaq.

Azərbaycanın digər idmançısı Əhməd Yusifov (60 kq) dörddəbir finalda rəqibinə uduzub. Lakin o, bürünc medal uğrunda yarışacaq. Cüdoçu bu görüşdə türkiyəli idmançı Salih Yıldızla qarşılaşacaq.