logo

Azərbaycanda “Kibertəhlükəsizlik günləri”nə start verilib

10:10 21-09-2023 | icon 1330
Azərbaycanda “Kibertəhlükəsizlik günləri”nə start verilib

Sentyabrın 21-də Bakıda Beynəlxalq Kibertəhlükəsizlik Günlərinə (“ICSD 2023”) həsr edilmiş “Rəqəmsal iqtisadiyyatlar və kibertəhlükəsizlik” konfransı işə başlayıb.

YeniAvropa  xəbər verir ki, “Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev çıxış edərək getdikcə aktuallaşan və həyatımızın ayrılmaz hissəsinə çevrilən kibertəhlükəsizlik məsələlərinin müzakirə olunduğu tədbirin əhəmiyyətdən danışıb. “Kibertəhlükəsizlik günləri” tədbirinin artıq üçüncü ildir ki, Bakıda keçirilməsi bizim üçün böyük uğurdur. Bu il tədbir çərçivəsində 8 panel müzakirəsində 66 spiker çıxış edəcək.

Eyni zamanda sentyabrın 22-də tədbir çərçivəsində "Taxt oyunları" formatında kibermüharibə formatında yarış keçiriləcək", - deyə Babək Ağayev bildirib.

Üç gün davam edəcək tədbirdə İsrailin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın nümayəndələri, yerli dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.