logo

Bu gün iki rayonda olmayacaq

09:29 21-09-2023 | icon 1176
Bu gün iki rayonda olmayacaq

"Azəriqaz" İstehsal Birliyi Oğuz və Balakən sakinlərinə müraciət edib.

İB-dən YeniAvropa-ya bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında QPS-lərdə ölçü qovşaqlarının giriş və çıxışlarında quraşdırılmış istismara yararsız siyirtmələrin dəyişdirilməsi ilə bağlı bu gün saat 09:00-dan təmir işləri başa çatanadək “Oğuz (Yaqublu)” ölçü qovşağından və “Balakən 1 və 2 xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Oğuz rayonun tam olaraq, Balakən rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.