logo

ABŞ-Ermənistan təlimləri bu gün başa çatır

12:12 20-09-2023 | icon 2982
ABŞ-Ermənistan təlimləri bu gün başa çatır

ABŞ hərbçiləri Ermənistan ərazisində keçirilən təlimləri planlaşdırıldığı kimi sentyabrın 20-də başa çatdıracaq və bunun Azərbaycan ordusunun Qarabağda apardığı antiterror tədbirləri ilə heç bir əlaqəsi yoxdur.

YeniAvropa xəbər verir ki,  ABŞ silahlı qüvvələrinin nümayəndəsi bu barədə Reuters agentliyinə bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri ilə birgə keçirilən 10 günlük “Eagle Partner 2023” təlimlərinin qrafikinə heç bir dəyişiklik edilməyib.

“Biz Azərbaycanın keçirdiyi əməliyyatdan məlumatlıyıq, lakin hesab edirik ki, bu, hazırda hərbçilərimiz üçün hər hansı bir risk yaratmır”, - deyə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi vurğulayıb.