logo

Ermənistan parlamenti Roma Statutunu ekspertizadan keçirib

11:48 20-09-2023 | icon 2569
Ermənistan parlamenti Roma Statutunu ekspertizadan keçirib

Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (əsasnaməsini) ekspertizadan keçirib.

YeniAvropa  erməni mediasına istinadla xəbər verir ki, hüquqi ekspertiza zamanı heç bir mübahisəli norma müəyyən olunmayıb və parlament layihəyə beynəlxalq müqavilənin ratifikasiyasının məqsədəuyğunluğu haqqında arayış əlavə etməyib.

Bundan əvvəl Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Roma Statutunun ratifikasiyaya hazırlanması ilə bağlı İrəvanın Moskvaya təkliflər göndərdiyini bildirmişdi. Onun sözlərinə görə, sənədin ratifikasiyası Rusiya Federasiyasına qarşı yönəlməyib.

Nikol Paşinyan isə öz növbəsində əmin olduğunu bildirib ki, Roma Statutu Ermənistan parlamenti tərəfindən ratifikasiya ediləcək və bu, Moskva-İrəvan münasibətləri ilə bağlı deyil.