logo

“Sputnik-Moldova”nın rəhbəri ölkədən qovuldu

10:01 13-09-2023 | icon 3297
“Sputnik-Moldova”nın rəhbəri ölkədən qovuldu

Moldova hakimiyyəti “Sputnik-Moldova”nın rəhbəri Vitali Denisovu deportasiya edib.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik-Moldova”nın teleqram kanalında yayılan məlumatda deyilir.

Bildirilib ki, Moldova Miqrasiya Xidmətinin əməkdaşları Vitali Denisovu hava limanına aparıblar: “Onun Moldovaya girişinə 10 il qadağa qoyulub”.

Qeyd edək ki,  “Sputnik-Moldova” Rusiyanın  “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin şəbəkəsinə daxildir