logo

Mərakeşdə zəlzələ qurbanlarının sayı 2212-yə yüksəlib

22:22 10-09-2023 | icon 1918
Mərakeşdə zəlzələ qurbanlarının sayı 2212-yə yüksəlib

Mərakeşdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 2 min 212-yə yüksəlib.

YeniAvropa xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin zəlzələ ilə bağlı yenilənmiş məlumatında bildirilib.

Qeyd edilib ki, hadisə zamanı yaralıların sayı isə 2 min 421-ə çatıb.

Qeyd edək ki, Mərakeş mediası ötən gün yerli vaxtla saat 23.10-da baş verən 7 bal gücündə zəlzələnin paytaxt Rabatla yanaşı, Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss edildiyini bildirib.