Hacı Əliyev Paris Olimpiadasından sonra idmanla vidalaşacaq
Gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpia Oyunlarında yüksək nəticə əldə edib idmanla vidalaşacağam.
YeniAvropa xəbər verir ki, bu fikri 65 kq çəkidə çıxış edən Azərbaycanın sərbəst güləşçisi, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev səsləndirib.
O, sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ərəfəsində AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
-Serbiyada keçiriləcək dünya çempionatına 10 gündən az vaxt qalıb. Yarışa hazırlıq prosesi barədə nə deyə bilərsiniz? Mundiala nə dərəcədə hazırsınız?
- Dünya çempionatı ilin son və ən vacib yarışıdır. Mundial həm də “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandırır. Əlimizdən gələni edəcəyik ki, lisenziya qazanaq və Olimpiya oyunlarında ölkəmizi layiqincə təmsil edək. Bütün il boyu təlim-məşq toplanışlarında iştirak etmişik. Hətta bir neçəsi ölkə xaricində olub. Hazırda da məşqlərimiz davam edir, hər gün hazırlaşırıq. Lakin hava şəraitinin isti keçməsi məşq prosesinə təsir edir.
-Sizin də qeyd etdiyinizi kimi, dünya çempionatı həm də Paris Olimpiadasına lisenziya xarakteri daşıyır. Yəqin ki, bu amil məsuliyyətinizi bir qədər də artırır...
- Təbii ki, üzərimizdə böyük məsuliyyət var. Qarşıdakı dünya çempionatında Olimpiya Oyunlarına lisenziya qazana bilməsək, gərək, bunu növbəti yarışlarda edək. Ona görə də işimizi çətinləşdirməmək üçün bu mundialda Paris Olimpiadasına lisenziyanı təmin etməliyik. Bilirsiniz ki, sərbəst güləşdə ümumilikdə on çəki dərəcəsi var. Bunlardan altısı olimpiya çəkisidir. Olimpiya Oyunlarından öncə dünya çempionatlarında hər bir çəkidə lisenziya qazanmaq çətin olur. Çünki bütün ölkələr yarışa ciddi hazırlaşırlar. Lakin düşünürəm ki, idmançılarımız mundiala hazırdırlar.
-Son yarışlarda 70 kiloqram çəki dərəcəsində çıxış etmisiniz. İndi yenidən ənənəvi çəkinizdə - 65 kiloqramda mübarizə aparacaqsınız. Bu dəyişiklik dünya çempionatında sizə çətinlik yaratmayacaq?
- Məqsədim Olimpiya oyunlarında iştirak etməkdir. Bu səbəbdən məşqçilərimin məsləhəti ilə qərara gəldik ki, il ərzində bəzi yarışlarda çəkimi 65 kiloqrama salım. Çünki hər yarışa görə çəkini azaltmaq olmaz. 65 kiloqram 70 kiloqrama yaxındır. Ona görə də bu çəkiyə düşmək mənim üçün çətin olmadı. Çəkimi aşağı salmağımın əsas səbəbi dünya çempionatında iştirak edərək Olimpiya Oyunlarına lisenziya qazanmaqdır.
-Dünya çempionatında sizin çəkinizdə kifayət qədər güclü idmançılar var. Ən çox hansı rəqibdən çəkinirsiniz?
- Bütün rəqiblərimdən ehtiyat edirəm. Çünki mənə görə güclü və ya zəif rəqib yoxdur. Zəif kimi gördüyün güləşçi belə, sənə çətinlik yarada bilir. Dünya çempionatında ən güclü çəki dərəcəsi 65 kiloqramdır. Buna səbəb həmin çəkidə Olimpiya və dünya çempionlarının çoxluq təşkil etməsidir. Mənə görə ən güclü rəqiblərim son Olimpiya və dünya çempionu olan İran və Yaponiya idmançılarıdır. Onların çox yüksək nəticələri var.
-Yarışda əsas məqsədiniz sırf Olimpiya lisenziyası qazanmaq olacaq, yoxsa dünya çempionluğu uğrunda son anadək mübarizə aparacaqsınız?
- Ən başlıca məqsədim dünya çempionu olmaqdır. Əgər dördüncü dəfə bunu edə bilsəm, tarixi hadisə yaşanacaq. Sonradan digər idmançıların mənə məxsus olan rekordu yeniləməsi üçün uzun zamana ehtiyac olacaq. Olimpiya Oyunlarında iştirak etməyi çox istəyirəm. Bu mənim qatılacağım sonuncu dünya çempionatı ola bilər. Ona görə də maksimum nəticə əldə etməyi hədəfləyirəm.
-Müstəqillik dövründə Azərbaycanın ən çox dünya çempionu olmuş kişi güləşçisi məhz sizsiniz. Rekordçu olmaq necə hissdir?
- Sözsüz ki, bu qədər güləşçinin arasında tarixdə üçqat dünya çempionu olmaq mənə nəsib olub. Bu, çəkdiyim əziyyət və zəhmətin bəhrəsidir. Güləşə yeni başladığım zamanlarda bu cür nəticələr əldə edəcəyimi düşünməzdim. 2017-ci ildə üçüncü dəfə dünya çempionu olanda dövlətimizin başçısı cənab İlham Əliyev məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif etdi. Ölkə başçısı və xalqımız tərəfindən belə sevgi ilə qarşılanmaq qürurverici hissdir.
-Əvvəlki müsahibələrinizdə bildirmisiniz ki, Paris Olimpiadası karyeranızda sonuncu yarış olacaq. Hələ də həmin fikirdə qalırsınız?
- “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra karyeramı bitirməyi düşünürdüm. Lakin bəzi məsləhətlərdən sonra qərara gəldim ki, Paris Olimpiadasında da iştirak edim. Olimpiya Oyunlarından sonra artıq 34 yaşım tamam olacaq. Bu yaşdan sonra güləşmək çox çətindir. İlk dəfə 23 yaşımda dünya çempionu olmuşam. O yaşlarda idmançı daha enerjili və çevik olur. Yaxşı olar ki, sonuncu dəfə yüksək nəticə əldə edib idmanla gözəl şəkildə vidalaşım. Yəqin ki, karyeramı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətindəki zabitlik fəaliyyətimi davam etdirəcəyəm.
-Artıq karyeranızın son dövrlərini yaşayırsınız. İndiki gənc güləşçilərdən daha çox hansını öz davamçınız kimi görürsünüz?
- Azərbaycanda yaxşı güləşçilər yetişir. 57 kiloqram çəkidə çıxış edən Əliabbas Rzazadəni qeyd edərdim. Bu il böyüklər arasında Avropa çempionu oldu. Bu, ciddi nailiyyətdir. Əliabbas öz üzərində daim çalışır. Daha sonra gənc idmançılarımızdan Turan Bayramovu (75 kiloqram) vurğulayardım. Hətta bir çox istedadlı güləşçimiz var ki, indi onların adlarını çəkə bilmirəm. İnanıram ki, onların arasından Olimpiya, dünya və Avropa çempionları çıxacaq.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır