logo

AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

11:33 04-09-2023 | icon 2660
AYİB-in birinci vitse-prezidenti Azərbaycana səfər edəcək

Bu gündən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti və Müştəri Xidmətləri Qrupunun rəhbəri Yurgen Riqterinkin Cənubi Qafqaza səfəri başlayır.

YeniAvropa xəbər verir ki, birinci vitse-prezident Azərbaycana sentyabrın 7-də səfər edəcək. Səfər çərçivəsində Y.Riqterinkin hökumət rəsmiləri, mərkəzi bankın rəhbər şəxsləri, biznes liderləri və beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri ilə görüşü planlaşdırılır.

O, Azərbaycanda qida istehsalı sənayesində ixtisas potensialının gücləndirilməsi məqsədilə Dövlət Peşə Təhsili Agentliyi və Avrora Qrupu tərəfindən təşkil edilən texniki və peşə təhsili və təlimi üzrə dövlət-özəl sektor tərəfdaşlığına həsr olunmuş tədbirdə iştirak edəcək.