logo

Albaniyada Azərbaycan mədəniyyət həftəsinə start verilib

09:59 01-09-2023 | icon 6370
Albaniyada Azərbaycan mədəniyyət həftəsinə start verilib

Paytaxt Tirana şəhərinin mərkəzi İsgəndər Bəy meydanında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə qala konsert  proqramı ilə "Albaniyada Azərbaycan mədəniyyət həftəsi"nə start verilib

YeniAvropa xəbər verir ki,qala konsertdə xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Emin Sabitoğlunun və digər görkəmli sənətkarların bəstələrini tamaşaçılara təqdim edib.

Səhnədə Azərbaycan Respublikasının xalq artistləri- Fidan Hacıyeva, Azər Zeynalov, əməkdar artistlər- Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayev yer alıblar.

Azərbaycan həftəsinin açılışında sərgi və qala konsertlə yanaşı, həmçinin Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat xarakterli nəşr materialları təqdim olunub.

Azərbaycan mədəniyyət həftəsinin ilk günü qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.