logo

Moskvada Türkiyə və Rusiya XİN başçılarının görüşü olub

19:20 31-08-2023 | icon 2303
Moskvada Türkiyə və Rusiya XİN başçılarının görüşü olub

Avqustun 31-də Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri  Sergey Lavrov arasında görüş keçirilib.

YeniAvropa xəbər verir ki,görüşdən sonra nazirlər birgə mətbuat konfransında  jurnalistlərin suallarını cavablandırıblar.

H.Fidan qeyd edib ki, Rusiya XİN başçısı ilə danışıqlar zamanı taxıl müqaviləsinin yerinə yetirilməsi, Ukrayna münaqişəsinin diplomatik yollarla nizamlanması, Suriya və Orta Asiyada vəziyyət, iqtisadi və energetika sahələrində əlaqələr, eləcə də Rusiya və Türkiyə liderlərinin Soçi görüşünə hazırlıq məsələləri müzakirə olunub. Nazir Krım tatarlarının vəziyyətinin də danışıqlar mövzusu olduğunu vurğulayıb.