logo

Müəllimlər sertifikatlaşdırma ilə bağlı test imtahanı verirlər

09:29 31-08-2023 | icon 6671
Müəllimlər sertifikatlaşdırma ilə bağlı test imtahanı verirlər

Avqustun 31-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin növbəti imtahanları keçirilir.

YeniAvropa xəbər verir ki, bu gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan müəllimlər test imtahanı verirlər.

Sertifikatlaşdırılma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü əsaslarla həyata keçirilir.