logo

Qabonda hərbi çevriliş:3-cü dəfə seçilən prezidenti tanımadılar

13:13 30-08-2023 | icon 2583
Qabonda hərbi çevriliş:3-cü dəfə seçilən prezidenti tanımadılar

Mərkəzi Afrika ölkəsi olan Qabonda bir qrup yüksəkrütbəli hərbçi tərəfindən dövlət çevrilişi edilib.

YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, bu ölkənin dövlət başçısı Əli Bonqonun üçüncü dəfə prezident seçkilərində qalib gəlməsindən dərhal sonra hərbçilərdən ibarət qrup onun prezidentliyini tanımadığı və bütün hakimiyyəti öz əllərinə aldığını bəyan edib. “Gabon-24” telekanalında çıxış edən hərbçinin bəyanatına hökumətdən cavab gəlməyib. Hərbçilər bildiriblər ki, hökumətin, parlamentin, seçki komissiyasının fəaliyyəti qadağan edilir.

Bu, 2020-ci ildən bəri Afrika qitəsində baş vermiş səkkizinci çevrilişdir. Bundan əvvəl Mali, Burkina-Faso, Çad və Nigerdə də hərbi çevrilişlər olub.