logo

Sumqayıtda "Azsamand" qatara çırpılıb, yaralılar var

09:29 29-08-2023 | icon 5544
Sumqayıtda "Azsamand" qatara çırpılıb, yaralılar var

Avqustun 29-da saat 03:40 radələrində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus teplovoz Sumqayıt-Çay mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 99-PL-593 olan "Azsamand" markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edərkən qatara çırpılıb.

YeniAvropa xəbər verir ki, bu barədə QSC-dən bildirilib.

Hadisə nəticəsində xəsarət almış sürücü və sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

ADY nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.