logo

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

15:55 28-08-2023 | icon 1323
19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 27-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən YeniAvropa-ya verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda hər biri 1 lot üzrə Daşkəsən rayonu “Çovdar” keramika xammalı, Tovuz rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Aşağı Zəyəmçay” qum-çınqıl yatağı, Siyəzən rayonu “Gilgilçay III” qum-çınqıl yatağı, Şəki rayonu “Qaşqaçay” qum-çınqıl yatağı, Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağı, Tərtər rayonu “Söylən” qum-çınqıl yatağı, İsmayıllı rayonu “Bilistan II” qum-çınqıl yatağı, Qəbələ rayonu “Türyançay III” qum-çınqıl yatağı, Qəbələ rayonu “Xırxatala” qum-çınqıl yatağı, Qaradağ rayonu “Şonqar” qum-çınqıl yatağı, 8 lot üzrə Ağstafa rayonu “Yuxarı Salahlı” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “İmişli” qum-çınqıl yatağı, 7 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə I” qum-çınqıl yatağı, 3 lot üzrə İmişli rayonu “Bəhrəmtəpə II” qum-çınqıl yatağı, 4 lot üzrə Şabran rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı 2 lot üzrə Siyəzən rayonu “Gilgilçayın cənub-qərb cinahı” qum-çınqıl yatağı, 5 lot üzrə Qax rayonu “Kürmükçay” qum-çınqıl yatağı, 6 lot üzrə Zaqatala rayonu “Qaraçay I” qum-çınqıl yatağı satışa çıxarılacaq. Başlanğıc qiyməti 3 min – 118 min 382 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər. Tələb olunan sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsində “Hərraclar” bölməsində tanış olmaq mümkündür (www.meda.gov.az).

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 faiz miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. Çağrı mərkəzi: 193, tel: (012) 566-07-44.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

Hərraclar və digər yeniliklər haqqında son xəbərləri agentliyin sosial şəbəkədə mövcud səhifələrindən də əldə etmək mümkündür.