logo

Azərbaycan Özbəkistanla sənaye parkları sahəsində əməkdaşlıq müzakirə olunub

17:17 21-08-2023 | icon 2604
Azərbaycan Özbəkistanla sənaye parkları sahəsində əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə görüşüb.

YeniAvropa xəbər verir ki, bu barədə Mikayıl Cabbarov məlumat verib.

“Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunun təşviqi, birgə layihələrin həyata keçirilməsi, həmçinin Özbəkistanla sənaye parkları sahəsində əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr apardıq", - deyə nazir qeyd edib.