logo

Türk lirəsi rekord həddə ucuzlaşıb

16:16 21-08-2023 | icon 2492
Türk lirəsi rekord həddə ucuzlaşıb

Bu gün türk lirəsi bir qədər də ucuzlaşaraq yeni rekorda imza atıb.

YeniAvropa xəbər verir ki, qardaş ölkədə ABŞ dolları gün ərzində 0,7 % artaraq 27,22 lirəyə qalxıb, amma sonradan 27,16 lirəyə düşüb.

Türk lirəsini iqtisadi problemlər, Türkiyə Mərkəzi Bankının milli valyutanı dəstəkləmək üçün valyuta ehtiyatlarından istifadə etməmək qərarı, bank sektorunda tənzimləmənin yumşaldılması ucuzlaşdırıb.

Bundan əvvəl lirənin Rusiya rublu və Argentina pesosu ilə birlikdə dünyanın ən zəif valyutalarının ilk üçlüyünə daxil olduğu bildirilirdi.