logo

Moskvada PUA hücumuna görə 95 təyyarə reysi təxirə salınıb

11:44 21-08-2023 | icon 4165
Moskvada PUA hücumuna görə 95 təyyarə reysi təxirə salınıb

Avqustun 21-də səhər saatlarında Moskva vilayətinə PUA hücumu ilə əlaqədar Rusiya paytaxtındakı “Domodedovo”, “Şeremetyevo” və “Vnukovo” aeroportlarında 94 reys təxirə salınıb.

YeniAvropa xəbər verir ki, aparatlar hava hücumundan müdafiə vasitələri ilə vurulub. Xəsarət alan yoxdur. Hücumla əlaqədar Moskva aeroportlarında xüsusi rejim elan olunub. Təxirə salınan 94 reysdən əlavə, 1 reys də ləğv edilib.