logo

Salyanda qatar dəmir yolunu keçən qadını vurub öldürüb

11:55 16-08-2023 | icon 6475
Salyanda qatar dəmir yolunu keçən qadını vurub öldürüb

Avqustun 16-da saat 08:30-da ADY-yə məxsus teplovoz Salyan-Salmanlı mənzilində hərəkətdə olarkən Salyan rayonunun sakini Sədaqət Dadaşova qəfil qatarın yoluna çıxıb. Maşinist əyləci təcili işə salsa da, məsafə qısa olduğundan hadisə qəza ilə nəticələnib.

YeniAvropa xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.Bildirilib ki, xəsarət almış şəxs təcili tibbi xidmət briqadasının köməyi ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə aidiyyəti üzrə araşdırılır. ADY piyadaları dəmir yolu xətlərindən keçərkən mütləq şəkildə mənzillərdə quraşdırılmış xüsusi keçidlərdən istifadə etməyə çağırır.