Sentyabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfərə gəlib.
YeniAvropa xəbər verir ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun Rəcəb Tayyib Ərdoğanla görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni-humanitar, sosial və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Sooronbay Jeenbekov bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və qardaşlıq üzərində qurulan əməkdaşlığıq bundan sonra da uğurla davam edəcək.
Danışıqlar zamanı tərəflər dördüncü Dünya Köçəri Oyunlarının Türkiyədə keçirilməsi barədə qərara gəliblər.
Sonra dövlət başçıları Qırğızıstan ilə Türkiyə arasında olan Strateji Əməkdaşlıq üzrə Ali Şuranın iclasında iştirak ediblər.
Türkiyə Prezidenti sabah İssık-Kul gölünün sahilindəki Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının açılışında iştirak edəcək, sentyabrın 3-də isə Çolpon-Atada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) altıncı Zirvə görüşünə qatılacaq.